Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2023 11:16
Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var.
Bu barədə Sonxeber.net "Report"a istinadən xəbər verir.
Məlumata görə, hadisə Ərzincan şəhərində qeydə alınıb. Sərnişin mikroavtobusunun idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbi açıqlanmır.