Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2023 20:35
Əməkdar artist Nigar Şabanova uzun müddətdir səhhətində problem olan anası ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, yerimə çətinliyi olan anasının sağaldığını vurğulayıb.
"Anam artıq əsasını atdı. Bundan sonra mübarizəmiz sərbəst gəzməkdir. Bu da həkimlərin sayəsində" deyə, Nigar paylaşımında yazıb.
Qeyd edək ki, xanəndənin anasının 2021-ci ildə səhhətində problem yaranmış, komaya düşmüşdü.