Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş məhkum polis binasının yanında özünü yandırdı

Keçmiş məhkum polis binasının yanında özünü yandırdı

Tarix: 10 Iyul 2023 10:12

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Elşən Babagül oğlu Mahmudovun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

Milli.Az bildirir ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O, dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında orada ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Milli.Az


Etiketlər:  Keçmiş məhkum polis binasının yanında özünü yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ