Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov: ''Futbolçular tam olaraq idman formasında deyillər, amma...''

Qurban Qurbanov: ''Futbolçular tam olaraq idman formasında deyillər, amma...''

Tarix: 10 Iyul 2023 21:04

"Linkolnu tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, yeni mövsümün ilk matçında çatışmazlıqlar ola bilər: "Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdür. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram".

Təlim-məşq toplanışına da toxunan Qurbanov hazırlığın yaxşı keçdiyini vurğulayıb: "Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər".


Etiketlər:  Qurban Qurbanov Futbolçular olaraq idman formasında deyillər amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ