Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: Komandamız bundan sonra...

Qurban Qurbanov: Komandamız bundan sonra...

Tarix: 19 Iyul 2023 23:34

Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, rəqib komanda sona qədər mübarizə apardı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının l təsnifat mərhələsində Bakıda "Linkoln"a qarşı cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi futbolçularını qələbə münasibətilə təbrik edərək azarkeşlərə də təşəkkürünü bildirdi ki, stadionda çox yüksək səviyyədə atmosfer yaratdılar.

"Bütün rəqiblərimizə qarşı ciddi yanaşırıq. Hər zaman rəqiblərimiz bizə çətin anlar yaşada bilir. Biz bütün rəqiblərimizə qarşı böyük güc sərf edirik. Daima komanda olaraq öz üzərimizdə çalışırıq", - deyə baş məşqçi qeyd edib.

Q.Qurbanov komandanın növbəti qarşılaşacağı "Rakuv" komandası ilə bağlı da fikirlərini bölüşüb: "Rakuv" komandasının oyun fəlsəfəsi çox fərqlidir. Uzun zaman keçdikdən sonra Polşanın çempionu olmaq böyük uğurudur. Onlara Türkiyədə məğlub olmuşduq. İnanırıq ki, futbolçularımız bu komanda ilə də oyuna ciddi yanaşacaq".

Milli.Az


Etiketlər:  Qurban Qurbanov Komandamız bundan sonra


RƏYLƏR