Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nüşabənin qızının həyat yoldaşı ilə Misirdəki tətili - VİDEO - FOTO

Nüşabənin qızının həyat yoldaşı ilə Misirdəki tətili - VİDEO - FOTO

Tarix: 25 Iyul 2023 05:10

Müğənni Nüşabə Musayevanın qızı Elnarə həyat yoldaşı Oğuzhan Kaya ilə Misirə bal ayına yollanıb.

Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, cütlük tətillərinə əyləncə qatıb, su canlılarını görmək üçün dalğıc formasını geyinərək Qırmızı dənizə baş vurublar.

Elnarə ilə Oğuzhan dənizin dərinliyində gördüklərini anbaan lentə alaraq sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər. Bundan başqa, aşiqlər dənizin üzündə romantik dəqiqələrini fotolara həkk ediblər.

Qeyd edək ki, bir neçə həftə əvvəl N.Musayeva qızına Bakıda möhtəşəm toy edib.

Ötən həftələrdə isə cütlüyün Türkiyənin Mersin şəhərində toy mərasimi baş tutub. Diqqət çəkən məqam isə məclisdə Nüşabənin qızı ilə kürəkəninin boynuna 100 dollarlıq əskinasları dolaması olub.


Etiketlər:  Nüşabənin qızının həyat yoldaşı ilə Misirdəki tətili VİDEO FOTO


RƏYLƏR