Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət İsgəndərlinin beşinci nəvəsi dünyaya gəldi - FOTO

Mətanət İsgəndərlinin beşinci nəvəsi dünyaya gəldi - FOTO

Tarix: 30 Iyul 2023 16:50

Əməkdar artist Mətanət İsgəndərlinin beşinci nəvəsi dünyaya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumatı onun keçmiş gəlini Canana sosial şəbəkədə yayıb. O, keçmiş həyat yoldaşı Kərimlə birgə fotolarına "Təbriklər, Kərim. Dördüncü övladın dünyaya gəlib" sözlərini yazıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub. 

Sənətçinin övladı Ülkər isə Türkiyə vətəndaşı ilə ailəlidir. Antalyada yaşayan cütlüyün bir övladı var.

Milli.Az


Etiketlər:  Mətanət İsgəndərlinin beşinci nəvəsi dünyaya gəldi FOTO


RƏYLƏR