Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ət niyə BAHALAŞIR?

Ət niyə BAHALAŞIR?

Tarix: 14 Avqust 2023 21:12

Son vaxtlar paytaxtda və bölgələrdə ətin qiymətində artım baş verib. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Adətən yay aylarında ətin qiyməti ucuzlaşsa da, istehlakçılar bu il tam əksi ilə qarşılaşıb.

Aylar öncə kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manata, kiloqramı 13-14 manata olan quzu ətinin qiyməti isə 17 manata təklif olunur. İnsanlar qiymətlərin daha da bahalacağı yönündə müzakirələr edirlər.

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, ətin qiyməti il sonuna qədər artma dinamikası ilə davam edəcək. "Yalnız ət deyil, Azərbaycanda digər kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə edilir. İldən-ilə fermerler müəyyən səbəblər üzündən zərərə düşür və istehsalı azaldır. Ona görə də, qiymətlərsə bahalaşma qeydə alınır. Məsələn yağda yerli istehsal az olsa da xarici idxal bunu əvəz edə bilir. lakin Azərbaycanda qəssablar tərəfindən satılan ətlər xarici idxal tərəfindən əvəz oluna bilmir. Azərbaycan əhalisi əsasən yerli əti istehlak edir. Xarici ət yalnız çox sayda şəxsi heyəti olan dövlət qurumlarının istifadəsinə yönəlib. Bəzən idxal azalanda yerli bazardan məhsul yönləndiriləndə əlavə qıtlıq təzyiqləri yaranır. Ona görə də qiymətlərina artması, yerli istehsalın azalması ilə bağlıdır. Yerli istehsal azaldıqca, məhsul qıtlaşır, təklif azalır. Belə olduğu halda tələb təklifi üstələyir. Nəticədə qiymət artımı baş verir", - deyə ekspert yekunlaşdırıb.


Etiketlər:  niyə BAHALAŞIR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ