Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Kocaeli limanı 5 mindən çox gəmi qəbul edib

Türkiyənin Kocaeli limanı 5 mindən çox gəmi qəbul edib

Tarix: 21 Avqust 2023 10:18

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İzmit şəhərində yerləşən Kocaeli limanı 5 min 670 gəmi qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Kocaeli limanı Türkiyə bayrağı altında üzən 1 707, digər ölkələrin bayraqları altında üzən 3 min 963 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 628, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 978 olub.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 444 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında üzən gəmilər 23 min 728, Türkiyə bayrağı altında üzən gəmilər isə 10 min 716 olub.

Milli.Az


Etiketlər:  Türkiyənin Kocaeli limanı mindən çox gəmi qəbul edib


RƏYLƏR