Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə həm regional, həm də qlobal gücə çevrilib - "The Hill"

Türkiyə həm regional, həm də qlobal gücə çevrilib -

Tarix: 22 Avqust 2023 13:14

Türkiyə həm regional, həm də qlobal gücə çevrilib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə ABŞ-nin "The Hill" qəzetində dərc edilən məqalədə qeyd olunub.

"Türkiyənin son illər xarici siyasətdə atdığı addımlar dünyanın gündəmindən düşmür. Türkiyə Yaxın Şərqdə açar rolu oynayır. ABŞ bölgədəki hərbi və siyasi gücünü saxlamaq istəyirsə, Türkiyə ilə münasibətlərini yüksək tendensiya ilə davam etdirməlidir.

Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu xarici siyasəti sayəsində zaman-zaman Qərb dövlətləri ilə münasibətlərdə yaranan böhranlar aradan qaldırılıb", - deyə qəzet yazır.

Məqalədə vurğulanıb ki, ABŞ-nin siyasi və hərbi gücünü qorumaq üçün Türkiyəyə ehtiyacı var. Türkiyə həm regional, həm də qlobal aktora çevrilib.

Milli.Az


Etiketlər:  Türkiyə həm regional həm qlobal gücə çevrilib The Hill


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ