Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beqoviç ölkəsinin rəmzi komandasında

Beqoviç ölkəsinin rəmzi komandasında

Tarix: 29 Oktyabr 2019 10:04

Bosniya və Herseqovina mətbuatı ölkə çempionatlarının geridə qalan turunda legioner həyatı yaşayan ən yaxşı futbolçularının rəmzi komandasını hazırlayıb.

Qol.az-ın məlumatına görə, həm milliyə çağırılan, həm də potensial yığma üzvü olan 50 legionerdən ən yaxşı "11-lik" qurulub.

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç həmin rəmzi komandasında yer alıb. Azərbaycan Premyer Liqasının 9-cu turunda "Səbail"lə qarşılaşmada (1:0) qapısını toxunulmaz saxlayan Beqoviç İbrahim Şehiç, Jasmin Buriç və Kenan Piriçi qabaqlayıb.

Qapıçı: Asmir Beqoviç ("Qarabağ")

Müdafiəçilər: Eldar Çiviç ("Ferençvaroş"), Emir Dilaver ("Dinamo" Zaqreb), Dario Dumiç ("Darmştadt"), Mateo Suşiç ("Kluj")

Yarımmüdafiəçilər: Haris Hayradinoviç ("Kasımpaşa"), Miralem Pyaniç ("Yuventus"), Qoyko Kimirot ("Standard")

Hücumçular: Edin Ceko ("Roma"), Edin Viska ("Başakşəhər"),Luka Menalo ("Olimpiya")

 


Etiketlər:  Beqoviç ölkəsinin rəmzi komandasında


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ