Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 02:20
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu özünə yeni, dəbdəbəli avtomobil alıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, musiqiçi "Volkswagen ID.6" markalı elektrik nəqliyyat vasitəsini görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Komfortlu və lüks seqmentli avtomobilə Hüseyn bahalı nömrə də alıb. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı "11-HM-111"dir.
Qeyd edək ki, sözügedən markalı maşının Bakıdakı qiyməti 70-75 min manat civarında dəyişir.