Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 15:10
Ukrayna döyüş meydanına hərbi texnikanı əvəz edən maketlər yerləşdirir ki, Rusiya ordusu mərmiləri bunların məhvinə sərf etsin.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, biznesmen Rinat Əhmədova məxsus Ukraynanın mədən-metallurgiya şirkəti "Metinvest" hərbi texnikanın dəqiq surətlərinin istehsalı ilə məşğuldur:
"Şirkət artıq yüzlərlə müxtəlif növ Qərb silahlarının nüsxəsini istehsal edib və sonradan onlar rus qoşunları tərəfindən məhv edilib. Ukraynada istifadə olunan Britaniya istehsalı 155 mm-lik M777 haubitsasının qiyməti bir neçə milyon dollardır və "Metinvest" min dollardan da aşağı qiymətə adi kanalizasiya borularından onun surətini yaradır".