Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 18:04
2023-cü ilin avqust ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 21 faiz artaraq, 24 milyon 77 min 916 nəfər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 9 faiz artaraq 4 milyon 191 min 384 nəfər, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq, 19 milyon 886 min 532 nəfər olub.
Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 294 min 37 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 40 min 698 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 253 min 339 ton olub.
Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 152 min 492 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz dəyişərək 30 min 642, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 121 min 850 olub.
2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.