Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sutkada 8 saat gecə yuxusunun 10 faydası

Sutkada 8 saat gecə yuxusunun 10 faydası

Tarix: 19 Sentyabr 2023 01:00

Bu gün axşam saat 11-dən səhərə kimi normal yuxu alan insan tapmaq çətindir. Amma insan beyni, bioloji rimtləri məhz bu qədər yuxuya hesablanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, endokrinoloq Anastasiya Kvasova 8 saatlıq tam yuxunun faydalarını sadalayıb.
- Sinir sistemi tam rahatlaşır, beyin köhnə informasiyadan təmizlənir, yeni informasiya yaxşı qəbul olunur
- Əzələ sistemi rahatlaşır, yeni hüceyrələrin sintezi baş verir
- Böyrəküstü və qalxanvari vəzlərin işi yaxşılaşır
- Piylər yanır, enerji bərabər paylanır
- İnsan yeni günə daha enerjili başlayır
- Həyatının digər sahələri də qaydasında olur

Hansı xəstəliklər insanı gecə yuxusuz qoyur?
- Nevroz, depressiya, nevroloji xəstəliklər
- Hormonal disbalans
- Şəkər, piylənmə
- Ürək problemləri
- Eləcə də orqanizmda aclıq, susuzluq, çox yemək, fiziki yorğunluq varsa yuxu pozulur.
Yuxunu qaydaya salmaq üçün nevroloqa müraciət edin.

Milli.Az


Etiketlər:  Sutkada 8 saat gecə yuxusunun 10 faydası


RƏYLƏR