Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu sahələrdə xərclər artırılacaq

Bu sahələrdə xərclər artırılacaq

Tarix: 21 Sentyabr 2023 15:04

Gələn il proqnozlaşdırılan sosial müdafiə və sosial təminat üzrə xərclər açıqlanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz) ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 315 933 969 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün müdafiə və sosial təminat üzrə xərclər 5 faiz artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.


Etiketlər:  sahələrdə xərclər artırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ