Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 00:33
Çindən olan 32 yaşlı qadın şiddətli öskürək səbəbiylə qabırğasını sındırıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Çjetsyan əyalətinin Hançjou şəhərindən olan Lu adlı qadın öskürək tutmağa başlayanda yatdığını söyləyib. Oyananda Lu şiddətli ağrı səbəbindən həkimə müraciət etdi.
Həkimlər xəstənin döş qəfəsinin tomoqrafiyasını aparıblar və sağ tərəfdə qabırğanın sınığını aşkar ediblər. Bu, ağır öskürək tutmasının və Lunun osteoporoz diaqnozu, sümüklərin ləng məhv edilməsi prosesinin nəticəsi olub. Xəstəliyə qadının orqanizmində D vitamini çatışmazlığı səbəb olub ki, bu da kalsiumun zəif mənimsənilməsindəndir.
Həkimlərin sözlərinə görə, Lunun D vitamini çatışmazlığına səbəb onun həddindən artıq günəşdən qorunması olub. Qadın müntəzəm olaraq günəşdən qoruyucu kremlərdən istifadə edir, papaqlar, onu ultrabənövşəyi şüalardan qoruyan paltar geyinir.