Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ruben Vardanyana KÖMƏK EDƏCƏK?

Rusiya Ruben Vardanyana KÖMƏK EDƏCƏK?

Tarix: 27 Sentyabr 2023 23:42

Rusiya qondarma "Dağlıq Qarabağ respublikasının dövlət naziri" vəzifəsində çalışmış və Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılan Ruben Vardanyana kömək etməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksandr Başkin məlumat verib.

O deyib ki, ötən ilin sonunda Vardanyanın ərizəsi əsasında Rusiya Prezidenti Vladimir Putin onun vətəndaşlığına xitam verilməsi barədə fərman imzalayıb.

A.Başkin əlavə edib ki, Vardanyan öz xoşu ilə Rusiya vətəndaşlığından imtina edib və bu səbəbdən o, Rusiyadan heç bir hüquqi kömək ala bilməyəcək.

Milli.Az


Etiketlər:  Rusiya Ruben Vardanyana KÖMƏK EDƏCƏK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ