Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2023 10:58
Ermənistanın dövlət borcu 2023-cü il avqustun 31-də 11 milyard 395,1 milyon dollar təşkil edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 9 faiz çox, 2022-ci il dekabrın 21-i ilə müqayisədə isə 5,4 faiz çoxdur.
Qeyd olunub ki, hökumətin borcu isə 10 milyard 844,1 milyon dollar olub.
Xarici borcun 91 faizi Ermənistan hökumətinin, 9 faizi isə Mərkəzi Bankın borcudur. Xarici və hökumət kreditlərinin ən böyük hissəsi Dünya Bankının payına düşür. Ermənistanın ikinci ən böyük kreditoru 18,8 faiz çəki ilə Asiya İnkişaf Bankı gəlir.