Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 14:12
Peşəkar Futbol Liqasının Azərbaycan Premyer Liqasının sponsorluğu ilə bağlı xarici bukmeyker kontoru ilə apardığı danışıqlar dayandırılıb.
Bu haqda Qol.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Qeyd edək ki, bu mövsümün əvvəli bir neçə il çempionatın sponsoru olmuş Topaz Premyer Liqaya sponsorluqdan imtina edib. Bundan sonra R.Musayev xarici bukmeyker kontorlarından biri ilə danışıqlar aparıldığını söyləmişdi. Lakin Azərbaycan qanunlarına əsasən, ölkə ərazisində mərc oyunları hüququ yalnız Topaza məxsusdur. Qanunla Azərbaycanda xarici bukmeykor kontorlarının təbliği və təşviqi qadağan edilir.
Əldə etdiyimiz xəbərə görə, Topazın yenidən Azərbaycan Premyer Liqasının sponsoru olacağı istisna edilmir.