Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 22:32
Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən indiyə qədər fələstinlilər arasında ölənlərin ümumi sayı 3 mini keçib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında 3 minə yaxın, İordan çayının qərb sahilində isə ən azı 61 nəfər ölüb.
Həmçinin bildirilir ki, yaralıların ümumi sayı 13 750-yə çatıb. Onlardan 12 500-ə yaxını Qəzzada, ən azı 1250 nəfəri isə İordan çayının qərb sahilindədir.