Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cinsi əlaqə zamanı XƏRÇƏNGƏ İŞARƏ

Cinsi əlaqə zamanı XƏRÇƏNGƏ İŞARƏ

Tarix: 21 Oktyabr 2023 18:33

Cinsi əlaqə zamanı bu əlamətlərin xərçəngə işarə etdiyi məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki,  həkimlərin fikrincə, əlaqə zamanı ağrı və yanma prostat xərçəngindən xəbər verə bilər.

Ereksiyaya nail olmaq yaxud saxlamaqda çətinlik, spermada qan və sperma həcmində azalma da ola bilər. Həkimlər ağrının yaxınlıqdakı orqan və toxumalara təzyiq göstərən şişdən qaynaqlandığını izah edirlər. Lakin xəstəlik irəlilədikcə ağrı çanaq, bel nahiyəsinə, qabırğalara və ya budun yuxarı hissəsinə, həmçinin sümüklərə yayıla bilər.

Bundan əlavə, prostat xərçənginin əlamətlərinə tez-tez sidiyə getmə, sidiyə başlamağa çətinlik, zəif sidik axını və sidik kisəsinin tam boşalmadığı hissi daxildir.

Milli.Az


Etiketlər:  Cinsi əlaqə zamanı XƏRÇƏNGƏ İŞARƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ