Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyanın AP uğurunu Rusiya qısqanır''

''Paşinyanın AP uğurunu Rusiya qısqanır''

Tarix: 23 Oktyabr 2023 07:08

Rusiya Paşinyanın Avropa Parlamentində belə uğurlu çıxış etməsini qısqanır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri "Azadlıq" radiosuna müsahibəsində Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan Baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışına Rusiyanın reaksiyasını şərh edərkən deyib.

"Görünür ki, bu çıxış Rusiyaya qarşı yönəlib, ancaq buna baxmayaraq, Ermənistan hakimiyyəti dövlət maraqlarına xidmət edir və biz təhlükəsizlik sistemimizlə bağlı tərəfdaşlarımızı, real dostluq əlaqələrini qeydə almaq istəyirik. Əgər bu kifayət etmirsə və ya reallıqdan kənara çıxarsa, biz onu qeydə alırıq və nəinki qeydə almağa, nəticələrini qəbul etməyə və həll yollarını təklif etməyə çalışırıq, çünki təhlükəsizliklə zarafat etmək olmaz", - o bildirib.

Köçəryan deyib ki, Ermənistan çox çətin vəziyyətdədir və təhlükəsizlik sisteminin idarə olunması problemi çərçivəsində bütün tərəfdaşlıqları düzgün idarə etmək lazımdır.


Etiketlər:  Paşinyanın uğurunu Rusiya qısqanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ