Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2019 17:08
Bakı. Trend:
İran ABŞ-ın təzyiqlərinə təslim olmayacaq və Vaşinqtonla danışıqları aparmayacaq, çünki bu mövcud problemləri həll etməyəcək.
Trend-in məlumatına görə, bu barədə İranın rəhbəri Ayətollah Əli Xamenei öz "Tvitter" səhifəsində yazıb.
Əli Xamenei deyib ki, (İslam) inqilabının qələbəsindən sonra 41 il ərzinə ABŞ İran xalqına qarşı düşmənçilik hərəkətlərinə cəhd göstərib:
"Əlbətdə ki, biz hərəkətsiz qalmadıq və ABŞ-a qarşı çıxmaq üçün hər şeyi etdik və bir çox hallarda onları küncə sala bildik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin