Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 05:45
Alimlər hindlilərin populyar içkisini uzunömürlülər eliksiri kimi qəbul edir.
Sonxeber.net xəbər verir ki, isti südə sarıkök və darçın qatılaraq, "qızıl içki" adını almış bu vasitə ürəyin, beynin işini tənzimləyir, bədəni tonizə edir.
Alimlər gündə bir dəfədən çox olmayaraq bu içkini qəbul etməyi tövsiyə edir.
Sarıköklü süd immuniteti qaldırır, virus və bakteriyarala qarşı davamlı edir.
Sarıkök güclü antioksidant təsirli ədviyyatdır. Hər gün sarıköklü süd içən insanlarda 6 ay sonra beynin funksiyalarında yaxşılaşma müşahidə olunur.
Alimlər hesab edir ki, kurkumin damarların endotelini təmir edir, onların yığılıb-açılmaq funksiyasını yaxşılaşdırır.
Ürək damar və əzələlərini möhkəmlədir.
Bu içki 60% hallarda infarkt və insultun qarşısını alır, hətta infarkt keçirmiş insanlara da tövsiyə olunur.
Necə hazırlanır:
120 ml isidilmiş südə 1 çay qaşığının yarısı sarıkök, bir çimdik narın darçın və 1 çay qaşığı bal qarışdırılır.
Bu içkini xüsusən axşam, yatmazdan 1 saat əvvək içmək yaxşı olar. /medicina.az