Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 19:52
"Tottenhem"in futbolçusu Son Hın-Min İngiltərə Premyer Liqasının 11-ci turunda "Everton"la matçda rəqib oyunçu Andre Qomeşin ayağı qırıldığı hadisənin təsirindən hələ də çıxa bilmir.
Qol.az xəbər verir ki, görüşün 78-ci dəqiqəsində Sonla mübarizə zamanı ayağı qırılan portuqaliyalı yarımmüdafiəçinin vəziyyəti ağırdır.
"The Sun" nəşri yazıb ki, qarşılaşmadan sonra cənubi koreyalı futbolçu telefonunu söndürüb və miks-zonanı əlləri ilə üzünü bağlayaraq jurnalistlərə əhəmiyyət vermədən tərk edib. O, həmçinin matçın ardınca valideynlərinin evinə yola düşüb. Baş verən hadisədən sonra şoka düşən Hın Minin tək qalmaq istədiyi vurğulanıb.
Qeyd edək ki, hakim Son Hın Mini sözügedən epizoda görə qırmızı vərəqə ilə meydandan qovub. O, rəqibinin ayağını qırdığı üçün göz yaşlarını saxlaya bilməyib.