Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu idman növü yaddaşı yaxşılaşdırır

Bu idman növü yaddaşı yaxşılaşdırır

Tarix: 19 Noyabr 2023 00:48

Latın Amerikası rəqs dərsləri əhval-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı həmçinin, fit qalmağa və yaddaşınızı yaxşılaşdırmağa da kömək edir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, məlumata görə, alimlər yaşı 55-dən yuxarı olan 333 Çikaqo sakini haqqında məlumatları təhlil ediblər. Bir qrup səkkiz ay ərzində həftədə iki dəfə Latın Amerikası rəqs dərsləri, digər qrup isə bu müddət ərzində həftəlik sağlam həyat tərzi dərslərinə (nəzarət qrupu) qatılıb.

Təcrübənin başlamasından dörd ay sonra bütün iştirakçılar idrak funksiyası və müxtəlif yaddaş növləri üçün sınaqdan keçirilib. Bu mərhələdə hər iki qrup təxminən eyni nəticələr göstərib. Yaddaş tedstlərində isə rəqs qrupu digər qrupu üstələyib.

Bundan əlavə, rəqs edən iştirakçılar rifah və əhval-ruhiyyənin yaxşılaşdığını bildiriblər.


Etiketlər:  idman növü yaddaşı yaxşılaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ