Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS Təl-Əvivə ağır raket atəşinə tutdu

HƏMAS Təl-Əvivə ağır raket atəşinə tutdu

Tarix: 20 Noyabr 2023 21:52

Noyabrın 20-də Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri İsrailin Təl-Əviv şəhərinə ən ağır raket zərbələri endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ərəb telekanalları "Al Arabiya" və "Al Mayadeen" məlumat yayıb.

Qeyd olunub ki, İsrailin mərkəzində yerləşən bir neçə şəhər raket atəşinə tutulub.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS "Əl-Əqsa" daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə yaraqlının İsrailə keçməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Milli.Az


Etiketlər:  HƏMAS Təl Əvivə ağır raket atəşinə tutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ