Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ilk gündən buna çağırış edirdi - Zaxarova

Rusiya ilk gündən buna çağırış edirdi - Zaxarova

Tarix: 22 Noyabr 2023 12:30

Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz buna çağırış edirdi. Qətərin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışının praktiki həyata keçirilməsinə yönəlmiş xüsusi səylərini alqışlayırıq", - o bildirib.

Qeyd edək ki, bu gün İsraillə HƏMAS arasında dörd günlük atəşkəs və girovların azad edilməsinə dair razılaşma əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarından 19 yaşından kiçik 150 qadın və uşağın azad edilməsi müqabilində HƏMAS girov götürdüyü 19 yaşından kiçik 50 qadın və uşağı azad edəcək.

Milli.Az


Etiketlər:  Rusiya ilk gündən buna çağırış edirdi Zaxarova


RƏYLƏR