Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 12:44
Fransız sənaye şirkətləri yerli kadr çatışmazlığı səbəbindən yaxın 10 ildə müvafiq bacarıqlara malik əcnəbiləri işə götürməli olacaqlar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa sənayesi üzrə məsul nazir-nümayəndə Roland Leskur bildirib.
"Yaxın 10 ildə sənayedə 1,3 milyona yaxın iş yeri açılacaq. Şübhəsiz ki, mühacirlərə müraciət etməli olacağıq", - o bildirib.
Nazir qeyd edib ki, ölkədə xüsusilə qaynaqçı və metal konstruksiyaların istehsalı üzrə mütəxəssislər çatışmır.
Leskurun qeyd etdiyi kimi, mütəxəssislər həm Avropada, həm də xaricdə axtarılmalıdır.