Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 08:33
Fransa İqtisadiyyat və Ekologiya ərzaq məhsullarına əlavə olunan E 171 qida əlavəsini - dioksid titanı qida sənayesindən çıxarmaq barədə qərar verib.
Sonxeber.net xəbər verir ki,Fransa kimi bir çox Avropa dövlətləri istehsalçıların sağlamlığını ciddi risk altında qoyan bu qida əlavəsini kanserogen maddələr siyahısına daxil ediblər.
E 171 konfetlərdə, saqqızda, dərmanlarda, souslarda, kosmetik kremlərin tərkibinə qatılır.
2020-ci ilin yanvar ayından Fransada tərkibində E 171 olan istənilən məhsulun satışı qadağan olunacaq.
Son elmi araşdırmalar sübut edib ki, bu maddə orqanizmdə toplanaraq, qaraciyər, beyin, ağciyərləri, bağırsaqları iltihablandırır, şiş yaranmasına səbəb olur.
Siçanlar üzərində aparılan tədqiqatda dioksid titanın xərçəngi 40% artırdığı sübut olunub.
Siçanlar 100 gün ərzində içməli su ilə dioksid titan qəbul ediblər.
Xüsusən dərman tabletlərinə əlavə olunan dioksid titanı insanlar hər gün qəbul etmək məcburiyyətində qalır.
Fransa höküməti istehsalçılara bu maddəyə alternativ tapmağı təklif edib. /medicina.az