Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sibir soyuğu olacaq: - 22 dərəcə şaxta

Sibir soyuğu olacaq: - 22 dərəcə şaxta

Tarix: 3 Dekabr 2023 23:32

Çərşənbə günündən etibarən Moskvada gecə -20-22, gündüz -15-16 dərəcəyə qədər şaxta gözlənilir.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, bunu "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets deyib.

"Bu temperatur Sibir üçün xarakterikdir, paytaxt üçün deyil. Moskvada bu həftə ən soyuq gecə cümə günü olacaq. Həmin vaxt havanın temperaturu gündüz -11-16, gecə -17-22 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından 10-15 dərəcə aşağıdır", - Tişkovets bildirib.

Onun sözlərinə görə, həftə sonu havanın temperaturu bir qədər yüksələcək - gecə -13-18, gündüz -8-13 dərəcə olacaq.

Milli.Az


Etiketlər:  Sibir soyuğu olacaq dərəcə şaxta


RƏYLƏR