Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada Ceyhun Bayramov və Sergey Lavrovun görüşü keçiriləcək

Moskvada Ceyhun Bayramov və Sergey Lavrovun görüşü keçiriləcək

Tarix: 4 Dekabr 2023 23:48

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, görüş dekabrın 5-də səhər saatlarında keçiriləcək.

Qeyd edək ki, dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət idarələrinin rəhbərləri ilk olaraq məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birlikdə geniş tərkibdə görüşəcəklər.

Artıq Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya paytaxtındadır.

Milli.Az


Etiketlər:  Moskvada Ceyhun Bayramov Sergey Lavrovun görüşü keçiriləcək


RƏYLƏR