Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkər bu problemə yol açır - ARAŞDIRMA

Şəkər bu problemə yol açır - ARAŞDIRMA

Tarix: 8 Dekabr 2023 08:18

Amerikalı alimlər yüksək şəkərli qidaların bağırsaq mikrobiomunun pozulmasına səbəb olduğunu müəyyən ediblər.

Milli.Az xəbər verir ki, nəticələr "Science Translational Medicine" jurnalında dərc edilib.

Yaralı kolit kimi iltihablı bağırsaq xəstəliyindən dünyada 3,5 milyon insan əziyyət çəkir. İltihablı bağırsaq xəstəliyi özünü şiddətli ishal, qarın ağrısı ilə göstərir və xüsusilə Qərb ölkələrində geniş yayılıb. Tədqiqatlar göstərir ki, bu xəstəliyin uşaqlar arasında yayılması 1980-ci illərdən bəri durmadan artır. Bir çox alimlər bu xəstəliyin geniş yayılmasının əsas səbəbini yüksək şəkərli və kalorili qidaları özündə ehtiva edən Qərb pəhrizində görür.

Dallasdakı Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzindən Şahanşah Xanın rəhbərlik etdiyi amerikalı bioloqlar siçanlar üzərində laboratoriya təcrübələri aparıb. Məlum olub ki, yüksək şəkərli qidalarla bəslənən gəmiricilər bağırsaq iltihabına daha çox həssasdılar.

Yüksək şəkərli qida qəbul etdikdən üç gün sonra siçanların bağırsaqlarında iltihabi proseslər başlayıb. Müəlliflər şəkərlərin bağırsaq mikrobiomunun tərkibini dəyişdirdiyini aşkarlayıblar. (publika.az)

Milli.Az


Etiketlər:  Şəkər bu problemə yol açır ARAŞDIRMA


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ