Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib... - FOTO

Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib... - FOTO

Tarix: 8 Dekabr 2023 19:14

Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərin əməliyyat zamanı lentə alındığı iddia edilir.

Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım Tiktok platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma "Komutan", XTQ, "Hidayət" kimi sözləri əlinə yazmasını istəyirlər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır.

Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı klinikanın direktoru açıqlamasında sözügedən videogörüntülərin onun klinikasında əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib:

"Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır".

Milli.Az


Etiketlər:  Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib FOTO


RƏYLƏR