Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Tarix: 9 Dekabr 2023 21:00

Müəllimlərin vəzifə maaşına əlavələr edilib.

Bu barədə Sonxeber.net-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.

Qeyd edək ki, ümumilikdə təhsilverənlərin sertifikatlaşdırması prosesinin test mərhələsində 31 300 nəfər iştirak edib və onlardan 23 160-ı test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.


Etiketlər:  Müəllimlərə ŞAD XƏBƏR Maaşlar artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ