Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 10:00
Avropa hökumətləri ciddi narahatdır ki, Donald Tramp Ağ Evə qayıtsa, o, Ukraynaya yardımı tamamilə dayandırmaqla yanaşı, həm də NATO-nu qəsdən məhv edə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms"ın yaydığı məqalədə bildirilib.
Qeyd edilib ki, NATO mövcud olduğu müddətdə həm Respublikaçılar, həm də Demokratlar bu təşkilatı ABŞ-ın dünya səhnəsində gücünü və təsirini artırmaq üçün alət kimi görürdülər:
"Tramp prezident olanda dəfələrlə Avropanın müdafiə xərclərini artırmayacağı təqdirdə ABŞ-ı alyansdan çıxacağı ilə hədələyib. Hazırda güclənən yeni seçki kampaniyasında Tramp indiyə qədər öz niyyətləri haqqında çox az danışıb. Bununla belə, onun rəsmi kampaniya saytında aşağıdakı cümlə var: "Biz NATO-nun məqsəd və missiyasını əsaslı şəkildə yenidən qiymətləndirməklə mənim administrasiyam zamanı başladığımız prosesi başa çatdırmalıyıq".
Həm Trampın özü, həm də onun tərəfdaşları bu ifadənin konkret məzmununu açıqlamaqdan imtina edirlər. ABŞ-ın Avropadakı müttəfiqləri bundan narahatdırlar".