Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2023 14:08
Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Qazaxıstana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 53,2 faiz artıraraq 352,9 milyon dollara çatdırıb.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə Ticarət Nazirliyi bu barədə məlumat verilib.
Noyabr ayında Türkiyə Qazaxıstana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,7 faiz artıraraq 23,1 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 17,8 milyard dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,2 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 19,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.