Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evli olmaq bu xəstəliyin riskini artırırmış

Evli olmaq bu xəstəliyin riskini artırırmış

Tarix: 14 Dekabr 2023 13:09

Evli insanlar arasında hipertoniyaya tutulma riski digərlərindən 9% yüksəkdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Miçiqan Universitetinin (ABŞ) alimləri apardıqları tədqiqatlardan sonra bu qənaətə gəliblər. Nəticələr "Journal of the American Heart Association" (JAHA) jurnalında dərc olunub.

Araşdırmada 1086 britaniyalı, 3989 amerikalı, 6514 çinli və 22 389 hindistanlı ailələr iştirak ediblər. Əgər onların sistolik qan təzyiqi (tonometrin ekranındakı yuxarı rəqəm) 140 millimetr civədən, diastolik qan təzyiqi isə (aşağı rəqəm) 90 millimetr civədən çox olarsa, subyektlər hipertoniya xəstəsi kimi qeydə alınıb.

İngiltərədə cütlüklərin təxminən 47, ABŞ-də 38, Çində 21 və Hindistanda 20%-də yüksək qan təzyiqi aşkar edilib.

Alimlər həmçinin müəyyən ediblər ki, insanın həyat yoldaşı təzyiqdən əziyyət çəkirsə, hipertoniyaya yoluxma riski 9% artır. Çox güman ki, bu, evlilik və ya birgə yaşayış zamanı bir çoxlarının tərəfdaşlarının bəzi vərdişlərini, o cümlədən balanssız qidalanma və fiziki fəaliyyətsizlik kimi sağlam olmayan vərdişləri mənimsəməsi ilə əlaqədardır.

Mütəxəssislər tədqiqatın nəticələrinə əsasən həyat yoldaşlarının sağlamlıqları üzərində birgə işləməsinin potensial faydalarını vurğulayıblar. Tədqiqat müəllifləri qarşılıqlı dəstək və həyat tərzi dəyişikliklərinin hipertoniyaya nəzarətdə təsirli ola biləcəyini bildiriblər.

Milli.Az


Etiketlər:  Evli olmaq bu xəstəliyin riskini artırırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ