Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Məliklə ilk tanışlığından yazdı: "Yeri dolmayacaq" - VİDEO

Ramiz Məliklə ilk tanışlığından yazdı:

Tarix: 14 Dekabr 2023 18:40

Xalq artisti Flora Kərimova sosial şəbəkədə mərhum Xalq artisti Ramiz Məliklə bağlı paylaşım edib.

Milli.Az baku.ws-a istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında video paylaşaraq onunla ilk tanışlığından yazıb:

"Daha bir fimin sonu! İlk tanışlığımız dahilər əhatəsində "Qanun naminə" filmində olmuşdu. Nəcib, alicənab insan idi. Təəsüf ki itkilərinə ağladığımız sənətkarların yeri dolmayacaq".

Daha sonra sənətçi aktyorun ailəsinə və yaxınların başsağlığı verib:

"Rahat uyuyun, Ramiz bəy. Doğmalarına və sevənlərinə dərin hüzünlə səbir, əbədi ruhuna Tanrıdan rəhmət diləyirəm!"

Milli.Az


Etiketlər:  Ramiz Məliklə ilk tanışlığından yazdı Yeri dolmayacaq VİDEO


RƏYLƏR