Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fethiye limanının qəbul etdiyi gəmilərin sayı açıqlandı

Fethiye limanının qəbul etdiyi gəmilərin sayı açıqlandı

Tarix: 15 Dekabr 2023 16:06

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Fethiye limanı 439 gəmi qəbul edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Fethiye limanı Türkiyə bayrağı altında üzən 1, digər ölkələrin bayraqları altında üzən 438 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub.

Milli.Az


Etiketlər:  Fethiye limanının qəbul etdiyi gəmilərin sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ