Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saqqızı 3 dəqiqədən artıq çeynəmək olmaz - Həkim

Saqqızı 3 dəqiqədən artıq çeynəmək olmaz - Həkim

Tarix: 17 Dekabr 2023 01:03

Bütün günü saqqız çeynəmək vərdişi insan sağlamlığı üçün zərərlidir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim Yelena Martınova saqqızın təhlükəsindən danışıb.

"Şirin dadı olan saqqız beyin üçün qida kimi hiss olunur. Saqqız ağıza atılan kimi beyin həzm sistemini işə salır.

Mədə şirəsi hasili başlayır, mədə boş olduqda selikli qişası zədələnir.
Əgər insan gündə bir neçə dəfə saqqız çeynəyərsə, mədə turşuluğu artır, eroziya, qastrit yaranır.

Saqqızda müxtəlif cür süni şəkər əlavələri olduğu üçün ağız boşluğunda bakteriyaları çoxaldır, damaq, diş sağlamlığını pozur.

Saqqızın çeynənməsi 3 dəqiqədən artıq davam edəndə, patoloji çeynəmə aktı yaranır, əzələlər düzgün işləmir. Dişləm, çənə strukturu pozulur.

Əslində saqqızı 1 dəqiqədən artıq çeynəmək olmaz.

Tədqiqatlar da göstərib ki, saqqızın effekti ilk 1 dəqiqədə özünü göstərir. Saqqızı yeməkdən 10 dəqiqə sonra çeynəmək dişləri qida qalıqlarından təmizləyir.

Kimlərə olmaz:

-damaq, diş problemi
- Parodontoz
- Reflüks xəstələri
- Mədə problemləri
- Acqarına

Milli.Az


Etiketlər:  Saqqızı 3 dəqiqədən artıq çeynəmək olmaz Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ