Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 09:03
Qəhvə və çay bir çox insan üçün əvəzolunmaz yer tutur. Xüsusilə səhər yeməyində qəhvə və çaya əlavə olaraq nə qəbul etdiyiniz sağlamlığınız üçün son dərəcə əhəmiyyətlidir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu iki içki ilə yumurta istehlak etməkdən uzaq durmağı məsləhət görürlər.
Çünki çayın və qəhvənin yanında yumurta yemək sağlamlığınız üçün problemdir.
Yumurta A, B12, D vitamini və zülal baxımından yaxşı və sağlam qidadır. Çayın yumurta ilə birləşməsi dad baxımından yaxşı seçim olsa da, bu, yumurtanın faydalarını aradan qaldıra bilər. Qəhvə stimullaşdırıcı təsirə malikdir, çünki tərkibində yüksək miqdarda kofein var. Qeyd olunan qidaların birləşməsi bəzi insanlarda yan təsirlərə səbəb ola bilər.
Qəhvənin tərkibində olan taninlər və polifenollar adlanan birləşmələr yumurtanın tərkibindəki dəmir və kalsiumun udulmasına mane ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün səhər yeməyində yumurta yedikdən ən az bir saat sonra qəhvə və çay içmək yaxşı bir seçim ola bilər.
Yumurta və qəhvə mədə turşusu istehsalına təsir göstərə bilər, bu da ürək yanmasına və turşu reflüsinə səbəb olur. Eyni zamanda bu qidaları qarışdırmaq həzm problemlərinə səbəb ola bilər və bu mədə turşusu istehsalı sizi hətta xəstəxanalıq edər.