Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pediatr bununla bağlı valideynlərə çağırış etdi - qış mövsümündə...

Pediatr bununla bağlı valideynlərə çağırış etdi - qış mövsümündə...

Tarix: 20 Dekabr 2023 20:42

Kəskin respirator viruslara payız-qış mövsümündə daha çox rast gəlinir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.

Onun sözlərinə görə, mütəxəsislər tərəfindən düzgün müayinə aparılmadıqda fəsadlar yarana bilər.

"Uşaqlarda böyüklərdən fərqli olaraq hər yaş dövründə immun sisteminin kritik vaxtı olur. Respirator xəstəliklərə daha çox 1-7 yaş arsında baxçaya gedən və ilkin məktəb dövründə olan uşaqlarda rast gəlinir. Belə ki, xəstə digər uşaqla təmasda olanda bu virus ona da keçə bilər", - pediatr deyib.

O vurğulayıb ki, həkim təyinatı olmadan uşaqlara dərman preparatlarının verilməsi məsləhət görülmür: "Dərmanlar uşaqların yaşına, çəkisinə və hər bir orqanın patologiyasına görə müəyyən edilməlidir".

Milli.Az


Etiketlər:  Pediatr bununla bağlı valideynlərə çağırış etdi qış mövsümündə


RƏYLƏR