Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

29 nəfər Rusiya prezidenti olmaq istəyir

29 nəfər Rusiya prezidenti olmaq istəyir

Tarix: 23 Dekabr 2023 15:14

Rusiyada prezident seçkilərində namizədliyini irəli sürmək istəyənlərin sayı 29 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək istəyənlərin sayı hazırda 29 nəfərdir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-nə təyin edilib. Səsvermə üç gün ərzində, martın 15-dən 17-dək keçiriləcək.

Bu həftə hazırkı dövlət başçısı Vladimir Putin namizəd kimi qeydiyyatdan keçmək üçün sənədləri təqdim edib. Hazırda Putin ən azı 300 min rusiyalının imzasını toplamalı, dekabrın 27-dən yanvarın 31-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Komissiya on gün ərzində imzaları yoxlayacaq və namizədin qeydə alınıb-alınmaması barədə qərar verəcək.

Milli.Az


Etiketlər:  29 nəfər Rusiya prezidenti olmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ