Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Renat oynadı, komandası qalib gəldi

Renat oynadı, komandası qalib gəldi

Tarix: 11 Noyabr 2019 01:08

Portuqaliya Premyer Liqasında 11-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” doğma meydanda "Tondela" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Renat görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 45+1-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, “Pasuş de Ferreyra” hazırda 8 xalla 18 komanda arasında 17-cidir.

 


Etiketlər:  Renat oynadı komandası qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ