Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə saçınızın qayğısına qalın

Evdə saçınızın qayğısına qalın

Tarix: 4 Yanvar 2024 04:27

Sağlam saçlar ilə hər zaman diqqətləri üzərinizə toplaya bilərsiniz. Qadının özünü cazibədar və gözəl hiss etməsi üçün üzünə qulluqla yanaşı saçların da baxımı mütləqdir. Hətta ən möhtəşəm saçlara belə düzgün qulluq, mütəmadi baxım olmasa, quru və cansız görünə bilər.

Sonxeber.net axşam.az-a istinadən saçlarınızı nəmləndirən, uzadan və düzləşməsində böyük təsiri olan məhlulu təqdim edir.

Ərzaqlar:

Yarım stəkan süd

1 çay qaşığı bal

1 ədəd banan

Sprey qabı

İncə dişli daraq

Hazırlanma və istifadə qaydası:

Sprey qabına südü və balı əlavə edib çalxalayın. Başqa bir kasada bananı əzdikdən sonra südün yanına tökərək qarışdırın. Daha sonra məhlulu bütün saçınıza sıxın və darayın. 20 dəqiqə gözlədikdən sonra saçlarınızı təbii şampunla yuyun.


Etiketlər:  Evdə saçınızın qayğısına qalın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ