Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 07:34
Səudiyyə Ərəbistanı ABŞ və Böyük Britaniyanın Yəməndə husilərlə əlaqəli hədəflərə endirdiyi hava zərbələri işığında təmkinli olmağa və "eskalasiyadan çəkinməyə" çağırıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Ər-Riyad vəziyyəti yaxından və "böyük narahatlıqla" izləyir.
"Krallıq naviqasiya sərbəstliyinin beynəlxalq tələb olduğu Qırmızı dəniz regionunda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulasa da, hadisələr fonunda təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırır".
Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan "Ənsar Allah" hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.