Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Whatsapp+'' işlədənlərə XƏBƏRDARLIQ - Bu yolla pullarınız... - VİDEO

''Whatsapp+'' işlədənlərə XƏBƏRDARLIQ - Bu yolla pullarınız... - VİDEO

Tarix: 17 Yanvar 2024 14:12

"Whatsapp+" ssial şəbəkəsi istifadəçilərini təhlükə altına atır. "Whatsapp"dan fərqi olaraq bu proqramın istifadəçiləri kiber dələduzların qurbanına çevrilirlər. 

Sonxeber.net bildirir ki, bununla bağlı Elektron Təhlükəsizlik Xidməti də vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırır. 

"Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərib ki, vətəndaşların fərdi məlumatlarının oğurlanması və maliyyə itkisi ilə üzləşməsinin səbəblərindən biri "Whatsapp plyus" və bu kimi rəsmi olmayan tətbiqlərdən istifadədir. Kiber dələduzlar bu cihazlardan istifadə etməklə digər kiber hücumların həyata keçirilməsinə istifadə edə bilərlər",-deyə ETX-nin sektor müdiri Ləman Hüseynzadə bildirib.

Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz:


Etiketlər:  Whatsapp işlədənlərə XƏBƏRDARLIQ yolla pullarınız VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ