Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 14:52
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ayaks” – “Tottenhem” matçının hakimləri açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunu Feliks Brix idarə edəcək. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını Deniz Aytekin yerinə yetirəcək. Matçın VAR hakimləri Bastian Dankert və Marko Frits olacaq.
Qeyd edək ki, mayın 8-də keçiriləcək “Ayaks” – “Tottenhem” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Ayaks” 1:0 hesablı qələbə qazanıb.